“Paşinyan istəsə də nəsə edə bilməz”
“Çünki regionda baş verəcək dəyişikliklər Ermənistandakı hakimiyyətdən az asılıdır”
“Ümumiyyətlə, ciddi yenilik gözlənilmir”
Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin edilməsi barədə fərman imzalayıb. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Deməli, Paşinyan, belə demək mümkünsə, yerini bir az da möhkəmlətdi. Bu isə onun bundan sonra daha qətiyyətli addımlar atacağına səbəb ola bilər.
ADP sədri, politoloq Həsrət Rüstəmov erməni baş nazirin gələcək xarici siyasəti barədə proqnozlarını “Sherg.az”la bölüşdü:
“Paşinyanın regionun və ölkəsinin xeyrinə hansısa addımlar atmaq istədiyi hiss olunur. Amma kifayət qədər müstəqil deyil. Verdiyi bəyanatların əksini icra etməsi də göstərir ki, o, başqa qüvvələrdən asılıdır. Rusiya Ermənistanı, demək olar, tam öz nəzarətinə götürüb. Deməli, Paşinyan istəsə də nəsə edə bilməz. Çünki regionda baş verəcək dəyişikliklər Ermənistandakı hakimiyyətdən az asılıdır. Ümumiyyətlə, ciddi yenilik gözlənilmir”.