Ərdoğanın Nyu-Yorkda sübut etdi: “Ayaqdayıq və hər şey nəzarətimizdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Səfərin üç gün davam edəcəyi bildirilib. Türkiyə lideri səfər zamanı mühüm məqamlara toxunub. Ərdoğan bu gün Nyu-Yorkda 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.

Ərdoğanın səfər zamanı çıxışı və verdiyi mesajların çox önəmli olduğunu vurğulayan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin sözlərinə görə, Türkiyə lider bildirib ki, hazırda COVİD-19-dan daha təhlükəli bir virus var, o da İslamafobiyadır:

“Ərdoğan qeyd etdi ki, bu dəqiqə İslamafobiya bütün dünyanı, xüsusilə qərbi bürüyüb. Onun söylədikləri Türkiyənin düşmənlərinə mühüm mesaj idi. Ərdoğan bununla göstərdi ki, ayaqdayıq və hər şey nəzarətimizdədir.

O, hər zaman ABŞ-a səfəri zamanı türk və müsəlman icmaları ilə görüşür. Ümumiyyətlə, Ərdoğan yalnız türk dünyasının deyil, islam dünyasının və müsəlman icmalarının liderinə, ümid yerinə çevrilib.

Nyu-York səfəri onun bu yöndə apardığı çoxvektrolu siyasətin davam edəcəyini göstərdi. İnanırıq ki, Ərdoğan bu işləri sona qədər görə biləcək. 

Çünki apardığı beynəlxalq hücum siyasəti paralel olaraq Türkiyənin iqtisadi, sosial və hərbi inkişafıdır. 

Bu siyasət qardaş ölkənin bir çox coğrafiyada irəliləməsinə, o cümlədən müsəlmanların mövqelərinin güclənməsinə gətirib çıxaracaq. Proses davam etdikcə Türkiyəyə dost olan ölkələr də regionda və dünyada güclənəcək”.

Yeganə Bayramova