Saakaşvili Zelenskiyə müraciət ünvanlayıb - FOTO


“Saxtalaşdırılmış ittihamlarla Gürcüstanda qanunsuz olaraq həbs olunmama, yüksək səviyyəli dövlət xadiminin buna münasibətinə çox təsirləndim”.

Bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskiyə “Facebook”da yazdığı mesajında bildirib.

“Həyatımdan daha çox Gürcüstanımı sevirəm, eyni zamanda həyatımın uzun illərini keçirdiyim, vətəndaşı olduğumu çox qiymətləndirdiyim, ailəmin və dostlarımın olduğu ikinci vətənim Ukraynanı da çox sevirəm.  Etdiyiniz tarixi dəyişikliklərinizə və islahatlarınıza təvazökar töhfə vermək şansım olduğuna görə, həyatım boyu qürur duyacağam”, - deyə Saakaşvili yazıb.