Lukaşenkonun CNN-ə müsahibəsi zamanı kuryoz hadisə yaşandı - VİDEO


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Belarus prezidenti CNN telekanalına müsahibə verib. Müsahibənin necə hazırlandığı haqda Belarusun "Pul Pervoqo" Telegram kanalı mini video hazırlayıb və CNN telekanalının çəkiliş qrupunun gülünc vəziyyətə düşdüyünü əks etdirən kadrları yayımlayıb.

Milli.Az  xəbər verir ki, video "Hamının təriflədiyi Amerika texnikası" başlığı ilə Telegram kanalında yerləşdirilib.

Kadrlardan görsənir ki, səs rejissoru bir neçə dəfə aparıcının yanına gələrək mikrofondakı kənar səsi yığışdıra bilmir.

Bütün bunlar Aleksandr Lukaşenkonun gülüşünə səbəb olur.