İranın siyasəti yenilənməlidir: "Qarabağ münaqişəsində əhəmiyyətli rol oynaya bilmədilər"-ŞƏRH

“İran Qarabağ münaqişəsində əhəmiyyətli rol oynaya bilmədi. Vəziyyət çox sürətlə Azərbaycanın, Rusiyanın və Türkiyənin xeyrinə dəyişdi”.

“Sherg.az” xəbər verir ki, bu barədə Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənov deyib. 

Birlik rəhbəri qeyd edib ki, İran Cənubi Qafqazda daha çox mövqə qazanmaq üçün daimi partnyoru olan Ermənistanla münasibətləri daha da sıxlaşdırmağa çalışır: 

“İran Azərbaycana təsir göstərmək istəyir ki, onu öz orbitində saxlasın. Lakin, bir məsələni yaddan çıxarırlar ki, Rusiya və Türkiyə Cənubi Qafqazda mövqe savaşını artıq bitirib. Bölgədə yeni mövqe sahibi olacaq Avropa İttifaqı isə hələ ümidini itirməyib. İranın siyasəti yenilənməlidir ki, yeni mövqelər qazanmaqda rəqabətə davamlı olsun”.