ADR təsis qurultayını keçirib



Qubad İbadoğlu növbəti 4 il üçün partiyanın sədri seçilib

“88 nəfər qurultay nümayəndəsindən 82-sinin iştirakı ilə Azərbaycan Demokratik Rifah Partiyasının təsis qurultayı keçirildi”. Bu barədə partiya sədri, iqtisadçı-alim Qubad İbadoğlu öz feysbuk profilində yazıb. O bildirib ki, 4 saatdan çox davam edən qurultayda partiya öz nizamnamə və proqramını qəbul edib: “Qurultayda sədr, MNTK üzvləri seçildi, Ali Məclis formalaşdı. Rəhbər orqanlara seçkini başa çatdırmaq üçün Ali Məclisə səlahiyyət verildi. 

Mən növbəti 4 il üçün partiyanın sədri seçildim. Bu məsuliyyətli və şərəfli işi uğurla davam etdirmək üçün sizlərdən daim dəstək gözləyirəm. İnanıram ki, mübarizəmiz qələbə ilə başa çatacaq. Azərbaycana demokratiya gətirəcəyik və əhalinin maddi rifahının, təhlükəsizliyinin yüksəlməsinə nail olacağıq”.