Ukrayna Prezident Administrasiyasının rəhbəri ABŞ dövlət başçısının müşaviri ilə danışıb

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak həftə ərzində ikinci dəfə ABŞ dövlət başçısının milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

“Ceyk Sallivanla daha bir mühüm telefon danışığı oldu. Mövcud daxili və xarici siyasi məsələlər barədə məhsuldar söhbət etdik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, onların həftə ərzində ilk telefon danışığı noyabrın 26-da olmuşdu.