Aİ-dən Rusiyaya ciddi xəbərdarlıq! – “Sərt “tədbirlər planı” qəbul olunur” 

Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı şübhələr Avropa İttifaqı (Aİ) ilə Moskva arasındakı vəziyyəti gərginləşdirir.
Bu barədə "Sherg.az" "APnews"a istinadən xəbər verir. Məlumata görə Aİ Sammiti ərəfəsində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də çıxış edib. 

O bildirib ki, Moskva qonşu Ukraynanı işğal etmək qərarına gələrsə, Aİ mövcud sanksiyaları genişləndirməkdən başqa, “Rusiya üçün ağır nəticələrə səbəb olacaq “tədbirlər planı” qəbul edə bilər.
O, yeni sanksiyaların nədən ibarət ola biləcəyini açıqlamayıb.

Qeyd edək ki, ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın 70 min əsgərini Ukrayna ilə sərhədə doğru köçürdüyünü və gələn ilin əvvəlində mümkün işğala hazırlaşdığını bildirib. Moskva isə Ukraynaya hücum etmək planlarının olduğunu inkar edib.

Xanlar ƏLİBƏY