Ukrayna Krımla sərhəd yaxınlığında təlimlərə başlayıb

Ukrayna Silahlı Qüvvələri Krımla sərhəd yaxınlığında təlimlər keçirir.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:
“Bir neçə bölmə eyni vaxtda cənub istiqamətində bir-biri ilə sıx əməkdaşlıq edərək təlim tapşırıqlarını həyata keçirir”.
Qeyd olunur ki, manevrlərdə Krımla sərhəddə yerləşən tank əleyhinə artilleriya və mühəndis bölmələri iştirak edir.
Mənbə: Unian.ua