Brüsseldə “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammiti başlayıb - FOTO

Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammiti işə başlayıb.
Bu barədə Aİ Şurası sədri Şarl Mişelin sözçüsü Barend Leyts özünün “Twitter” hesabında məlumat verib.
Məlumata əsasən, sammitin ardından Şarl Mişelin mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.