Azərbaycanın növbəti diplomatik uğuru 

Millət vəkili: “Azərbaycanın haqlı mövqeyi beynəlxalq müstəvidə dəstələnir” 

“Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüş keçirilən görüş beynəlxalq aləmin diqqət mərkəzindədir”.

Bu barədə “Sherg.az”a Milli Məclisin üzvü Şahin Seyidzadə deyib. 

Deputat bildirib ki, Brüssel görüşü olduqca böyük tarixi əhəmiyyətə malikdir: 

“Soçi görüşündən sonra xüsusi olaraq Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinə yenidən nəzər yetirilməsi, həmçinin Soçi görüşünun ardı olaraq bir neçə məsələlərin müzakirə olunması perspektiv üçün mühüm idi. Azərbaycan Brüssel görüşünə tam fərqli qatılmışdı. Dünya mediasında da bu görüş haqda proqnozlar, şəhrlər başqa idi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan qalib dövlət olaraq sülh və sülhə çağırış məsələsini əsas prioritet hesab edirdi. Qısa dövr ərzində parlaq qələbəyə imza atan ölkəmiz beynəlxalq arenada yürütdüyü uğurlu siyasət, hərbi, iqtisadi üstünlük və yeni reallıqlar kontekstində Avropa İttifaqının da mövqeyinə təsir etdi. Verilən açıqlamalarda “Dağlıq Qarabağ” , “status” kimi məsələlərdən bəhs edilməməsi Azərbaycanın maraqları aspektindən olduqca müsbət haldır”. 

Parlament üzvü vurğulayıb ki, Brüsseldə keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğurudur: 

“Üçtərəfli görüşün nəticəsinə dair bəyanatda Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Konstruktiv məcrada keçirilən görüşdə bir çox mühüm məsələlər müzakirə olunub. Görüş zamanı əsas müzakirələrdən biri komunukasiya  və nəqliyyat əlaqələrinin bərpası idi. Zəngəzur dəhlizi boyunca dəmir yolunun açılmasının da bəyanatda əks olunması Azərbaycanın daha bir uğurudur. Avropa İttifaqının prezidenti Şarl Mişel sözləri ilə faktiki olaraq Ermənistanı imzalanmış sazişlərin bəndlərinə icra etməyə çağırdı. Brüssel görüşündən sonra Şarl Mişelin verdiyi bəyanat onu deməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyi təsbit edilib”.