“Fransa Cənubi Qafqazda düşdüyü “oyundankənar vəziyyət”dən uzaqlaşmağa çalışır” -  Politoloq 

“Fransa öz səhvi ucbatından 44 günlük müharibədə və ondan sonrakı məhələdə Cənubi Qafqazda düşdüyü “oyundankənar vəziyyət”dən uzaqlaşmağa çalışır”. 

Bunu “Sherg.az”a açıqlamsında politoloq Araz Aslanlı deyib. 

Siyasi şərhçi bildirib ki, əslində Fransa ATƏT-in Minsk Qrupunda həmsədr olduqdan dərhal sonra 1997-ci ildə “mərhələli həll planı”nı reallaşdırmağa çox yaxınlaşmış bir dövlət kimi müsbət imicə malik idi: 

“Amma sonradan beynəlxalq hüquqa və BMT TŞ-nin qətnamələrinə zidd birtərəfli mövqe tutaraq öz imicini pisləşdirdi. İndi imicini bir qədər bərpa etmək üçün imkanları var. Bunun üçün isə həmsədrlik institutunu bərpa etməyə və 44 gündən öncəki mərhələyə qayıtmağa çalışmaqdan uzaq durmalıdır. Revanşizmi təhrik etməməli, münaqişədən sonrakı quruculuq prosesinin bir parçası olmağa çalışmalıdır”.