Əli Əsədov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 
Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.