Çavuşoğlu:“İstəyimiz Zəngəzur dəhlizinin reallaşmasıdır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Malayziyanın xarici işlər naziri Dato Sri Saifuddin Abdullah ilə görüşüb. Çavuşoğlu mətbuat konfransında Kabil hava limanı əməliyyatı ilə yanaşı Ermənistanla əlaqələrə də toxunub.
 "Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, M.Çavuşoğlu mətbuat konfransında  mühüm açıqlamalar verib:
 "Bir türk şirkəti ilə bir Qətər şirkəti təkcə Kabil deyil, Əfqanıstandakı 5 hava limanının da fəaliyyət göstərməsi üçün müqavilə  imzaladı. Əfqanıstanın müvəqqəti administrasiyasına ortaq təkliflər veriləcək. Şərtlər imkan verərsə" , biz bunu Qətərlə birlikdə işlədəcəyik”.

 M.Çavuşoğlu Ermənistanla əlaqələrə də toxunub:

  "Bizim istəyimiz Cənubi Qafqazda sabitliyin və sülhün inkişafıdır. Zəngəzur dəhlizi kimi ölkələri birləşdirən, iqtisadiyyata töhfə verən layihələrin reallaşmasıdır".

Cəmilə ƏZİM