Qırğızıstanın Azərbaycandakı səfirinə şiddətli töhmət verildi


Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət verib.

Bu barədə Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti Xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfirin “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransına istinadla bir sıra mətbuat orqanlarında dərc olunan “Qırğızıstanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə Rusiyadan ayrıca görüşməyi təklif etməsi” haqqında informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.

Bildirilib ki, göstərilən müsahibədə bu cür açıqlama olmayıb.

Bununla belə mətbuatda təhrif olunmuş şərh və şişirtmələrə səbəb olan, mərkəzlə razılaşdırılmamış bu cür bəyanata görə Prezident Sadır Japarov Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib.

Mənbə: knews.kg