İran XİN: "Azərbaycanla iqtisadi imkanlarımızı daha da inkişaf etdirəcəyik"

“Biz razılığa gəldik ki, iqtisadi imkanlarımızı daha da inkişaf etdirək”.

“Report”un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

“Biz iki ölkə arasındakı münasibətləri daha da gücləndirmək üçün bütün fikirləri, ideyları həyata keçirməyə çalışacağıq. Hərbi və siyasi sahədə də əməkdaşlığlımızı davam etdirəcəyik”, - o vurğulayıb.