İran prezidentinin prioritetlərində Azərbaycanla münasibətlər xüsusi yer tutur – RƏSMİ

“İran və Azərbaycan arasında əldə edilən razılıqlar iki ölkənin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirəcək”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

Nazir Azərbaycanı öz torpaqlarını Ermənistanın işğalından azad etməsi münasibəti ilə təbrik edib.

İran XİN başçısı qeyd edib ki, ölkəsi Azərbaycanı ən yaxın dost dövlət hesab edir.

“İran Prezidenti cənab İbrahim Rəisinin prioritetlərində Azərbaycanla münasibətlərin inkişafı xüsusi yer tutur”, - deyə nazir əlavə edib.