Bosniya XİN başçısından Azərbaycan rəsmilərinə çağırış - FOTO


“Mən Azərbaycanın yüksək səviyyəli rəsmi şəxslərini Bosniya və Herseqovinaya dəvət edirəm”.

Oxu.Az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinə zərurət yaranıb.

“Ölkəmiz kiçikdir, amma burada çox yaxşı investisiya imkanları var. Biz razılığa gəldik ki, sazişlərin imzalanmasını mümkün qədər tezləşdirək”, - deyə nazir əlavə edib.