Ermənistan TŞ-nin katibi “3+3 formatı”ndan danışdı: “Görüşlərə hazırıq”


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cənubi Qafqaz üzrə 3+3 danışıqlarında iştirak etməyə və bu ölkələrin nümayəndələrini İrəvanda qəbul etməyə hazır olduqlarını bildirib.
“Sherg.az” Sputnik-ə istinadən xəbər verir ki, Qriqoryan Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün 3+3 formatında regional əməkdaşlıq platformasından danışıb.

O, Ermənistan nümayəndələrinin Ankara və Bakıya səfər etməsi və danışıqların Ermənistanda keçirilməsi haqqında da fikrilərini bildirib: 

“Əgər bir səbəb yaranarsa, biz getməyə və regional məsələlərlə bağlı danışıqları təşkil etmək üçün bu ölkələri qarşılamağa hazırıq”.

Çimnaz ŞAHLAR