Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə etdilər


Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub, Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Söhbət zamanı beynəlxalq mövzulara, o cümlədən Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanmasına da toxunulub.

Liderlər şəxsi təmasları davam etdirmək barədə razılaşıblar.

Mənbə: kremlin.ru