İran Prezidentinin Rusiya səfərinə hazırlıq gedir


Prezident İbrahim Rəisinin Rusiyaya səfəri Prezident Vladimir Putinin dəvəti ilə və iki ölkə arasında strateji əməkdaşlığın səviyyəsini artırmaq məqsədilə baş tutacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

S.Xətibzadə deyib ki, bu səfərdə təhlükəsizlik, müdafiə, siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlığın artırılması üçün nümayəndə heyəti prezident İbrahim Rəisini müşayiət edəcək.

O qeyd edib ki, bu səfər çərçivəsində iki ölkə arasında bəzi sənədlər hazırlanır və imzalanacaq.