Ukrayna NATO görüşü: “Rusiyanın qarşısını almaq üçün...”

Ukrayna xarici işlər naziri Dmitri Kuleba yanvarın 10-da NATO ilə görüş keçirəcəklərini açıqlayıb. Görüş Brüsseldə "Rusiyanın aqressiv münasibəti" mövzusu ilə bağlı olacaqdır.

“Sherg.az” “HaberTürk”ə istinadən xəbər verir ki, Ukrayna xarici işlər naziri D. Kuleba “Twitter” hesabından verdiyi açıqlamada Ukraynasız Ukrayna ilə bağlı qərarın verilməyəcəyini bildirib.

O bildirib ki, bu görüş “Rusiya təcavüzünün” qarşısını almaq üçün genişmiqyaslı diplomatik səylərin bir hissəsidir.
Qeyd edək ki, son aylarda Rusiyanın Ukrayna sərhəddində hərbi istehkam qurmasından sonra Qərblə Kreml arasında gərginlik artıb və gərginliyi azaltmağa çağırışlar edilib.Ağ Ev ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı təhlükəsizlik danışıqlarının yanvarın 10-da başlayacağını, NATO-nun baş katibi Yens Stoltenberq isə yanvarın 12-də NATO-Rusiya Şurasının iclasının keçiriləcəyini açıqlayıb.

Yanvarın 7-də cümə günü keçiriləcək fövqəladə toplantıda NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin də Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyətləri ilə bağlı hadisələri müzakirə edəcəkləri bildirilib.

Cəmilə ƏZİM