Qazaxıstan prezidenti ölkədən qaçıb? - AÇIQLAMA

 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətə başlayıb və ölkədən qaçması ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Sherg.az” xəbər verir ki, bu barədə “RBC Telegram” kanalı məlumat yayıb.
Dövlət başçısı paytaxtda qaldığını vurğulayıb.
Qeyd edək ki, yanvarın 2-dən Qazaxıstanda yanacağın bahalaşmasına etirazlar başlayıb. Almatıdakı Respublika meydanında etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub. Hüquq-mühafizəçilər etirazları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə ediblər. Almatıda və Mangistau vilayətində yanvarın 19-dək fövqəladə vəziyyət tətbiq edilib, fövqəladə vəziyyət dövründə saat 23.00-dan 7.00-a qədər komendant saatı elan edilib.Etirazların fonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətini istefaya göndərib, həmçinin mayeləşdirilmiş qaz, benzin, dizel yanacağı və sosial əhəmiyyətli məhsulların qiymətlərinin 180 gün müddətinə dövlət tənzimlənməsinin tətbiqi barədə göstəriş verib.

Çimnaz ŞAHLAR