Tokayev Nazarbayevi vəzifəsindən azad edib

Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edib.
"Sherg.az" "Lenta.ru"ya əsasən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nursultan Nazarbayevi vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə ölkənin Təhlükəsizlik Şurasına nəzarəti ələ aldığını bəyan edib. O, bu barədə yanvarın 5-də dövlət televiziyasında yayımlanan xalqa müraciəti zamanı bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, etirazların olduğu şəraitdə “Sərt hərəkət etmək” niyyətindədir.
Tokayev xalqın onu dəstəkləyəcəyinə əminliyini ifadə edib:
“Bu, öz həyatlarını və ailələrinin həyatını qorumaq üçün mənə çoxsaylı müraciətlər edən vətəndaşlarımızın təhlükəsizliyi məsələsidir”
O, həmçinin tezliklə Qazaxıstanın siyasi transformasiyası ilə bağlı yeni təkliflərlə çıxış edəcəyinə söz verib. 

Cəmilə ƏZİM