Qazaxıstanda bütün ölkə üzrə fövqəladə vəziyyət elan edildi


Bir müddət əvvəl Qazaxıstanın ayrı-ayrı şəhərlərində tətbiq edilən fövqəladə hal rejimi artıq bütün ölkə ərazisinə şamil olunub.

Müvafiq sərəncam ölkə prezidenti Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.

Qeyd edək ki, hazırda ölkədə etirazlar davam edir. Nümayişçilər “Qazaxıstan” televiziya kanalı, Almatı hava limanı kimi mühüm obyektlərə daxil olaraq dağıntılar törədiblər.