“Qazaxıstan ərazisində iğtişaşlarda və qırğınlarda iştirak etmiş dağıdıcı elementlər gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan digər ölkələrin ərazisinə də nüfuz edə bilər”.
“Sherg.az” “Tass.ru”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın baş naziri Akılbek Japarov ertəsi KTMT Kollektiv Təhlükəsizlik Şurasının onlayn rejimdə keçirilən növbədənkənar iclasında bildirib. O qeyd edib ki, Qazaxıstanda qırğınlarda iştirak edənlərin KTMT-nin digər ölkələrinin sərhədlərindən keçmə riski var:
“Qazaxıstanda vəziyyətin sabitləşməsi KTMT üçün prioritet olaraq qalır”.