SƏRT AÇIQLAMA:“23 fevral  “kişilər günü” deyil, ideoloji təxribatdır”

Keçmiş SSRİ-də fevralın 23-ü ordu günü kimi qeyd olunurdu. Belə ki,yenicə formalaşmaqda olan Qırmızı Qvardiya hissələri 1918-ci ilin 23 fevralında Pskov yaxınlığında almanlarla üz-üzə gəlib.Qırmızı Qvardiya ilk dəfə iştirtak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edib.Bu qələbədən sonra -1923-cü ildə Sovet İttifaqı qurulduqda 23 fevralı Qırmızı Ordunun yarandığı gün kimi qeyd etməyə başlayıblar.

Sovet İttifaqının dağılmasından sonra müttəfiq respublikaların əksəriyyəti öz Milli Ordu gününü qeyd etsələr də ,bəzi ölkələr sovet ənənəsini qoruyub-saxladılar. Hazırda 23 fevral Rusiyada “Vətən Müdafiəçiləri Günü” adı altında dövlət bayramı kimi keçirilir. Belarus, Qırğızıstan və Tacikistada da 23 fevral rəsmi səviyyədə qeyd edilir.Ölkəmizdə isə hələ də bu tarix əhalinin bir hissəsi tərəfindən qeyri-rəsmi şəkildə “kişilər günü” kimi qəbul edilir.

Tarixçi alim Boran Əziz  23 fevralın bayram kimi qeyd olunması ilə bağlı “Sherg.az”a danışarkən bilidirib ki, Sovet işğal təfəkkürü hələ də bəzi insanların beynində qalıb: 

“Bu ideoloiji təxribatdır. Bizim vaxtilə torpaqlarımızı işğal edən,on minlərlə günahsız vətəndaşlarımızı öldürən bir ordunun yaradılması gününü qeyd etmək böyük bir səhvdir”. 

Torpaqlarımızı işğal edən,daha sonra onların bir hissəsini başqa dövlətlərin tərkibinə qatan,ərazimizdə işğal rejimi quran bir ordunun yaranmasını necə “kişilər günü”kimi qeyd edə bilərik axı?!”. 

B.Əziz  diqqətə çatdırıb ki, indi bu ordu sadəcə lənətlə yad edilməlidir.