Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Zelenski tarixi sənədi - Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, - Sibiqa feysbukda bildirib.

Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.

“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, - Sibiqa əlavə edib.