Medinski: “Rusiya və Ukrayna daha bir görüş keçirəcək”

Ukrayna ilə danışıqlar təxminən beş saat davam edib.
Bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
“Bu müddət ərzində bütün gündəm təfərrüatlı ilə müzakirə olunub. Danışıqlar nəticəsində ümumi mövqələrin proqnozlaşdırılmasının mümkün olduğu ortaq nöqtələr tapılıb. Həmçinin, danışiılar prosesini davam etdirmək barədə razılıq əldə olunub. Növbəti görüş yaxın günlərdə keçiriləcək” , - deyə Medinski qeyd edib.
Mənbə: “RİA Novosti”