Kadırov Rusiya tərəfində döyüşən  çeçənlər barədə: “...Müharibədə öldürürlər”

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya tərəfində döyüşən  çeçənlər barədə danışıb. “Sherg.az” İnterfax.ru-ya istinadən xəbər verir ki, Kadırov bu haqda “Telegram” kanalında yazıb. O, yaralı və ölənlərin olduğunu bildirib:
"Təəssüf ki, Çeçenistan Respublikasının yerli sakinləri arasında artıq itkilər var. İki nəfər ölüb, daha altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bəli, müharibədə öldürürlər və bu, onların peşə seçimi idi. Və bu uşaqlar iki ölkənin təhlükəsizliyi üçün canlarını verən qəhrəman olmağı seçdilər. Onların Ukraynanın mülki əhalisi arasında itkiləri minimuma endirmək əmri var idi və bunu yerinə yetirdilər”.

Çimnaz Şahlar