Robert De Nirodan Ukrayna xalqına dəstək


Qərb ulduzları aktiv şəkildə Ukraynada müharibənin dayandırılmasını tələb edirlər. Artıq Ancelina Coli, Cim Kerri, Madonna, Cennifer Eniston və digər dünya məşhurları bununla bağlı öz mövqelərini səsləndiriblər.

Məşhur Hollivud aktyoru Robert De Niro da Ukrayna xalqına dəstək nümayiş etdirib.

O, Kembric universitetində tələbələrin qarşısında çıxış edərək Rusiyanın Ukraynaya hücumunu qəbuledilməz adlandırıb.

“Dünyada müəyyən şeylər baş verir və əgər sənin səsin varsa və baş verənləri görürsənsə, bu barədə nəsə deməyə haqqın var. Bunu etməlisiniz”, - deyə aktyor qeyd edib.

Robert De Nironun qeyd etdiyi kimi, burada söhbət təkcə demokratiyadan deyil, həqiqəti söyləməkdən gedir.

“İndi Ukraynada baş verənləri görürsünüz. Ayağa qalxıb deməlisiniz: “Bu düzgün deyil, yanlışdır”. Bu, çox asandır (mövqenizi demək - Red.)”, - deyə məşhur vurğulayıb. O əlavə edib ki, bu hücumun qarşısını almaq üçün nəsə etməliyik.

Mənbə: BBC