KİV: Rusiya-Ukrayna danışıqlarının ikinci raundu sabah ola bilər


Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu martın 2-də başlaya bilər.

Bu barədə Ukrayna KİV-i diplomatik mənbələrə istinadən bildiriblər.

Birinci tur fevralın 28-də başa çatıb. Bundan sonra iştirakçılar rəhbərliklə məsləhətləşməyə gediblər.

Ukrayna nəşrləri diplomatik mənbəyə istinadən iddia edirlər ki, Rusiya danışıqlar zamanı Ukraynanın neytral statusunu parlament səviyyəsində möhkəmləndirməyi və referendum keçirməyi, Donetsk və Luqansk vilayətləri daxilində “DXR” və “LXR”i tanımağı, Ukraynanın denazifikasiyasını həyata keçirməyi tələb edib.

Mənbə: RİA Novosti