Lavrovun çıxışı zamanı digər nümayəndələr zalı tərk etdilər - VİDEO  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin videokonfrans vasitəsilə təşkil etdiyi Silahsızlanma Konfransına qatılan zaman iştirakçıların çoxu zalı tərk edib.

"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Fransanın  Konfransdakı daimi nümayəndəsi sosial mediada bu mövzuya münasibət bildirib:

"Ukraynaya dəstəyimizi göstərmək üçün bu səhər danışıqlar aparırdıq.  Lavrov çıxış edəndə AB tərəfdaşlarımızla birlikdə çıxıb getdik" .

Qeyd edək ki, rəsmi Moskvanın Ukraynaya müdaxiləsinin altıncı günüdür. Gərginlik artmaqda davam edir. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı başda olmaqla bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Cəmilə ƏZİM