Ərdoğanla Putin görüşəcək  - Vaxt açıqlandı 

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
“Sherg.az” xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyəti  sözcüsü İbrahim Kalın bildirib. O qeyd edib:
"Türkiyə fövqəladə atəşkəs üçün üzərinə düşəni etməyə hazırdır. Rusiya tərəfi danışıqlar masasına şans verməlidir. Vermək istədikləri mesaj verildi. Bundan əlavə zərər verilməməlidir. Masada müsbət nəticəyə imkan verməlidirlər", deyə sözcü İ.Kalın bildirib.
İbrahib Kalın qeyd edib ki, Türkiyə hər iki tərəflə danışa bilən ölkələrdəndir:
“Bizim bütün səylərimiz ondan ibarətdir ki, əlimizdə olan bütün vasitələri səfərbər edərək müharibənin qarşısını alırıq. Həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərimiz var. Prezidentimizin dediyi kimi, biz nə Rusiyadan, nə də Ukraynadan imtina edə bilərik. Türkiyə onunla danışa bilən azsaylı ölkələrdən biridir. Prezidentimizin həm Putinlə, həm də Zelenski ilə yaxşı münasibətləri var. Biz bütün bunları bir araya gətirərək müharibənin sona çatmasına nə töhfə verə biləcəyimizə diqqət yetiririk. Biz də Türkiyə olaraq üzərimizə düşəni etməyə hazırıq”.

Çimnaz Şahlar