Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxslərdən biri öldürülüb

Rusiya ilə danışıqların birinci raundunda Ukrayna nümyəndə heyətinin üzvü olmuş Deniks Kireyev öldürülüb.
“Report” zn.ua-ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinn əməkdaşları onu saxlamaq üçün xüsusi əməliyyat keçirib.
D.Kireyev saxlanılan zaman ölüb.
Hadisənin təfərrüatı məlum deyil.
Məlumata görə, D.Kireyev dövlətə xəyanətdə şübhəli bilinirmiş.
Qeyd edək ki, D.Kireyev 1977-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Maliyə sektorunda çalışıb.