Putin: “Rusiyada hərbi vəziyyət elan edilməsi planlaşdırılmır”


Ölkədə hərbi vəziyyət prezidentin göstərişi ilə xarici təcavüz zamanı elan olunur.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri hazırda ölkədə hərbi vəziyyət elan olunması üçün səbəb olmadığını bildirib.

“Bizdə bu cür vəziyyət yoxdur, ümid edirəm ki, olmayacaq”, - deyə Rusiya lideri qeyd edib.

Mənbə: RİA Novosti