"Putin Brüsselin başlatdığı prosesi poza bilməyəcək" - Politoloq

"Türkiyə Azərbaycan tandemi regionda yeni bir reallıq yaradır və prosesə Böyük Britaniyada töhfə verir”

“Brüsselin Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını üzərinə götürməsi Moskvanı narahat edir”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, məhz Brüssel görüşü öncəsi Rusiya prezidenti V.Putinin dövlət başçısı İlham Əliyevlə telefonla danışması  göstərir ki, Rusiya prosesdən kənarda qalmaq niyyətində deyil: 

“Moskva prosesi pozamağa cəhd edir. Ötən ilin dekabrında Brüssel görüşü öncəsi Kreml hər iki dövlət rəhbərini Rusiyaya dəvət edərək Soçi bəyannaməsi imzalamaqla Avropa İttifaqının vasitəçilyinə kölgə salmağa çalışmışdı. Soçi bəyannaməsində bəndlər və konkret vaxt göstərilməsinə baxmayaraq, Rusiya prosesi irəliyə aparmadı. Hətta Qarabağda sülhməramlı missiyasına ziddi olaraq erməni separtizmini alovlandırmağa çalışdı. Amma Putin Brüsselin başlatdığı prosesi poza bilməyəcək. Ukrayna böhranında ilişib qalan Moskvanın Ermənistan və Azərbaycan arasında sülh normallaşmasında vasitəçiliyi səmərəli deyil. Türkiyə Azərbaycan tandemi regionda yeni bir reallıq yaradır və prosesə Böyük Britaniyada töhfə verir”.