Türkiyə, Rusiya, Ukrayna və BMT heyətlərinin görüşü keçiriləcək

“Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun toplantısı keçiriləcək”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“BMT-nin baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə təmas qrupu, o cümlədən BMT, Türkiyə, Rusiya və Ukrayna yaxın günlərdə texniki səviyyədə görüş keçirməyi planlaşdırırıq”, – deyə M.Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı bildirib.

Mənbə: RİA Novosti