Azərbaycan səfiri Qazaxıstan XİN başçısının birinci müavini ilə görüşüb

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin xarici işlər nazirinin birinci müavini Akan Rahmetulin ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.

Görüş Qazaxıstan Xarici İşlər Nazirliyində baş tutub.