Səfir: “Aİ qadınlara qarşı zorakılıqla mübarizə üzrə Azərbaycan ilə əməkdaşlıq edir”

"Avropa İttifaqı (Aİ) qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda Azərbaycan ilə fəal əməkdaşlıq edir. Artıq məişət zorakılığının qurbanı olmuş qadınlara dəstək üzrə birgə tvinninq layihə həyata keçirilib”.

“Report” xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

Onun sözlərinə görə, pandemiya və karantin dövründə bu mövzu daha da aktuallaşdıb.

“Qadınlara qarşı zorakılıqla mübarizə məsələlərində müsbət dəyişiklikləri görmək üçün parlamentarilərlə birgə işləməliyik. Bu istiqamətdə onların fəaliyyətini yüksək qiymətləndirir və bu məsələdə Azərbaycanı hər zaman dəstəkləməyə hazırıq”, - o deyib.

Səfir əlavə edib ki, qadınların üzləşdikləri zorakılıqla bağlı daha çox maarifləndirmə işləri aparmaq üçün təhsil sahəsində müəyyən məsələlərə yenidən baxılmalıdır.