Zelenskini üzəcək Avropa Birliyi xəbərdarlığı:  “20 il çəkəcək!"


Fransanın Avropa məsələləri üzrə dövlət naziri Kleman Bon  Ukraynanın Avropa Birliyinə üzvlük müraciətinə toxunaraq, Ukraynanın Aİ-yə daxil olmasının 15-20 il çəkə biləcəyi barədə xəbərdarlıq edib.

Sherg.az xarici media istinadən xəbər verir ki, Rusiyanın hücumlarından sonra Ukrayna Avropa Birliyinə (Aİ) üzv olmaq üçün müraciət edib və prosesin sürətləndirilməsini tələb edib. Fransanın Avropa Məsələləri üzrə Dövlət Naziri Kleman Bon isə xəbərdarlıq edib ki, Ukraynanın Aİ-yə daxil olması üçün onilliklər lazım ola bilər: "Dürüst olmalıyıq. Əgər Ukraynanın 6 ay və ya bir-iki ilə AB-yə üzv olacağını deyirsinizsə, yalan danışırsız. Yəqin ki, 15-20 il çəkər” deyib.

“Mən ukraynalılara heç bir illüziya və ya yalan təqdim etmək istəmirəm” deyən Kleman Bon Fransa prezidenti Emmanuel Makronun Ukraynanın AB-yə  tez inteqrasiyasına kömək edə biləcək daha sərbəst “Avropa siyasi icması” yaratmaq təklifini təkrarlayıb.

Prezident Makronun Avropa siyasi ictimaiyyəti üçün təşəbbüsünün iyunda keçiriləcək Aİ Sammitində müzakirə ediləcəyi gözlənilir.

Turan