Şarp: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir” 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Enerji Həftəsinin açılışında iştirak edib və bundan məmnunluğunu bildirib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı o, özünün “Twitter” hesabından paylaşım edib.
Diplomat Azərbaycanın özünü etibarlı enerji tərəfdaşı kimi sübut etdiyini və Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.
“Böyük Britaniya Azərbaycanın COP26-da götürdüyü öhdəlikləri alqışlayır və daha da ambisiyalı hədəflər müəyyən edəcəyinə ümid edir”, - deyə Şarp bildirib.