Ukraynanın XİN başçısı beynəlxalq ictimaiyyətə çağırış edib

Ukrayna xarici işlər naziri Dmitro Kuleba beynəlxalq ictimaiyyətə müraciət edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində yazılıb.
“Ukraynanın qələbəsi bizim ortaq qələbəmiz olacaq. Bu, avropalıların gələcək nəsillərinin azad və sülh şəraitində yaşamasını təmin edəcək. Biz tərəfdaşlarımızın dəstəyini hiss edirik və buna görə dərin minnətdarıq. Onları Ukrayna qalib gələnə qədər bunu davam etdirməyə çağırırıq”,- nazir bildirib.