Türkiyə və Azərbaycanın birgə ordu birləşməsi yaradılmalıdır  

Bu, zərurətdir və iki ölkənin yürütdüyü siyasəti bunu labüd edir

“Türkiyə-Azərbaycan birgə ordu birləşməsi yaradılması zəruridir”. Bu sözləri “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Azərbaycan və Türkiyə hərbi-texniki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı maksimum səviyyədə inkişaf etdirməlidir: 

“İki olkənin ordusu mütəmadi təlimlər keçirir. Prezident İlham Əliyev və Türkiyə dövlət başçısı R.T.Ərdoğan iki qardaş türk dövlətini tarixdə olmadığı qədər ən yüksək inkişaf mərhələsinə çatdırıb. Hərbi əməkdaşlıq, birgə təlimlər Azərbaycan Ordusunun NATO standartlarında bir ordu yaratmasını şərtləndirir. Türkiyə və Azərbaycanın birgə ordu yaratması istiqamətində heç bir siyasi əngəl yoxdur. Türkiyə-Azərbaycan birgə ordusunun dislokasiyası Qarabağda mümkündür. Təbii ki, Azərbaycan və Türkiyə birgə ordu birləşməsi Rusiya-Ermənistan ordu birləşməsindən fərqli olaraq daha çevik və müasir döyüş hazırlığına malik olacaq. Bu, zərurətdir və iki ölkənin yürütdüyü siyasəti bunu labüd edir”.