Paşinyanın başının üzərini qara buludlar alıb: Ermənilər çevrilişə hazırlaşırlar

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatları elə öz ölkələrində daxili siyasi vəziyyət olduqca gərginləşdirib. Sosial şəbəkələrdə baş nazir Nikol Paşinyanın devirilməsi ilə bağlı çağırışlar edilir, Parlamentdə isə onun impiçment məsələsi müzakirə olunur.
Məlumata görə, hökumət başçısına qarşı impiçment prosedurunun başlanması ilə bağlı sənədi imzalayan müxalifətçilər hazırda parlamentdə olsalar da, iclasda iştirak etmirlər. Sosial şəbəkənin Ermənistan seqmentində isə getdikcə N.Paşinyanın devrilməsi ilə bağlı çağırışlar daha geniş vüsət almağa başlayıb. Erməni istifadəçilər hazırda ölkədə yaranmış qarışıqlığı fürsət olaraq qiymətləndirir. 
Mənbə: Sputnik