İsraildən etiraf: Girovlarımızı özümüz öldürmüşük!

2023-cü ilin noyabr ayında Qəzza zolağında 3 israilli girov ölməsi böyük ehtimalla İsrail ordusunun onların olduğu rayona zərbə endirməsi ilə əlaqədar olub.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun(ÇAXAL) məlumatında deyilir.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı istintaq yekunlaşıb və onun nəticələri sentyabrın 15-də həlak olanların yaxınlarına təqdim edilib.

“İstintaqın nəticəsi 2023-cü il noyabrın 10-da HƏMAS-ın Şimal Briqadasının komandiri Əhməd əl-Qandurun öldürülməsi ilə nəticələnən hava hücumu zamanı hər üç şəxsin öldürülməsi ehtimalının yüksək olduğunu göstərir”, - bəyanatda deyilir.

Qeyd edək ki, sentyabrın 10-da İsrail televiziyasının “12-ci kanal”ı İsrail ordusunun endirdiyi zərbə nəticəsində üç girovun - Nik Beyser, Ron Şerman və Elia Toledanonun öldüyü barədə informasiya yayıb və telekanalın məlumatına görə, bu barədə məlumat İsrail ordusu tərəfindən aylarla gizlədilib.

Ordu isə bu iddiaları təkzib etmiş, istintaqın hələ yekunlaşmadığını açıqlamışdı.