XİN başçısı Bakının azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib.
Bu barədə o, “Twitter” səhifəsində yazıb.
“15 sentyabr tarixində Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunələrindən biri olan Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 104 il ötür. Bu tarixi gündə şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik”, - o bildirib.