Qırğızıstan və Tacikistan arasında atəşkəs barədə razılıq əldə olunub

Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin başçıları atəşkəs barədə razılığa gəliblər.

“Report” Qırğız KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın deputatı Əlişir Kozuyev jurnalistlərə bildirib.

Məlumata görə, Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov saat 16:00-da (Bakı vaxtı ilə 14:00) atəşkəs barədə razılığa gəliblər.

Onun sözlərinə görə, bu barədə bir neçə dəqiqə əvvəl deputatların etirazçılarla görüşündə məlum olub.