Qırğızıstan Prezidenti parlamentin genişləndirilmiş iclasını keçirəcək

Qırğızıstan Prezidenti Sadır Japarov dövlət sərhədində yaranmış vəziyyətlə əlaqədar parlamentin ümumi iclasını keçirəcək.

“Report” “Sputnik Kırqızıstan”a istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Talant Mamıtov məlumat verib.

Bildirilib ki, S.Japarov hazırda Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının troplantısında iştirak edir. İclas yerli vaxtla saat 17:00-a təyin olunub.