Səmərqənddə İlham Əliyevlə Vladimir Putinin görüşü keçirilir - YENİLƏNİB + VİDEO

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında ikitərəfli görüş keçirilir.
Danışıqlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda baş tutub.
Görüş zamanı Rusiya dövlət başçısı ölkəsilə Azərbaycan arasında münasibətlərin çox uğurla inkişaf etdiyini bildirib.